Bələdiyyə üzvləri

Yolçiyev Rövşən Nurməmməd oğlu
1982-ci ildə Şamaxı şəhər 6 saylı orta məktəbi bitirmiş, 1983–1985-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. 1986–1991-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqrokimya və torpaqşünaslıq” fakültəsində təhsil almış və institutu fərqlənmə diplomu ilə bitirmişdir.
- İş təcrübəsi: sahə aqronomu, təlimatçı, aparıcı mütəxəssis, poçt şöbəsi müdiri, manqa rəhbəri, qeydiyyat şöbəsinin müdiri.
- Vəzifə: 2020–2025-ci illərdə Şamaxı Bələdiyyəsinin sədri; hazırda bələdiyyə sədrinin müavini.

Mikayılov Abdul Mikayıl oğlu
Orta təhsilini 1986–1996-cı illərdə Şamaxı şəhər 9 saylı tam orta məktəbdə almışdır. 1997–2001-ci illərdə Odlar Yurdu Universitetində “Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı” ixtisası üzrə ali təhsil almış, “Yol hərəkətinin təşkili” sahəsi üzrə ixtisaslaşmışdır.
- Hərbi xidmət: 2001–2002-ci illərdə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət.
- İş fəaliyyəti: 2003–2025-ci illərdə müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti; 2025-ci ildən Şamaxı Bələdiyyəsinin sədr müavini.

Ömərov Kamran İmran oğlu
1999–2010-cu illərdə Şamaxı şəhəri Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbdə təhsil almış, 2011–2014-cü illərdə Ukrayna Respublikasının Sumı Dövlət Universitetinin Maliyyə və Kredit fakültəsini, 2015–2016-cı illərdə isə həmin universitetin İqtisadiyyat fakültəsi üzrə magistr təhsilini başa vurmuşdur.
- İş fəaliyyəti: 01 may 2012-ci ildən Şamaxı Rayon Müalicə-Diaqnostika Mərkəzində mühasib; hazırda əmək fəaliyyətini davam etdirir.
- Hərbi xidmət: 2018-ci ildə müddətli həqiqi hərbi xidmət; 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak.
- Təltiflər: “Suqovuşanın azad olunmasına görə” (24 iyun 2021), “Vətən müharibəsi iştirakçısı” (aprel 2022).

Rüstəmova Rəşidə Rəşid qızı
1981-ci ildə Böyük Xınıslı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, təhsilini Şamaxı şəhər İnternat orta məktəbində davam etdirmiş və 1992-ci ildə orta təhsilini başa vurmuşdur.
- Orta ixtisas: 1992–1996, M.Ə. Sabir adına Şamaxı Mədəni-Maarif Texnikumu.
- İş fəaliyyəti: 1997-ci ildən Böyük Xınıslı kənd Körpələr evi–uşaq bağçasında müdir.
- Ali təhsil: 1999–2003, ADPU “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”.
- Əlavə təhsil: 2003–2004, Azərbaycan Müəllimlər İnstitutu (Gəncə filialı) “Filologiya və psixologiya”.

Hüseynova Səidə Ceyhun qızı
2004–2015-ci illərdə Şamaxı 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qiyabi şöbə üzrə qəbul olub və ali təhsilini burada davam etdirib.
- İş fəaliyyəti: 2015–2023, Şamaxı Dövlət Turizm İdarəsində baş mühasib.
- Hazırkı iş: 2024-cü ildən Şamaxı Dövlət Regional Kollecində fəaliyyət göstərir.

Şıxəliyeva Pərvanə Əhməd qızı
- Ali təhsil: 2014–2018, Sumqayıt Dövlət Universiteti (bakalavr).
- Magistr: 2018–2020, Gəncə Dövlət Universiteti.
- İş fəaliyyəti: 01.06.2021–01.06.2022, AQTA – baş mütəxəssis / böyük inspektor.
- Hazırkı vəzifə: 02 avqust 2024-cü ildən Şamaxı Rayon Mərkəzi Xəstəxanasında bölmə müdiri.

Şahbazov Ziya Yusif oğlu
Orta təhsilini doğma kəndində başa vurmuşdur. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almış, təhsildən sonra hərbi xidmət keçmişdir.
- Pedaqoji fəaliyyət: Qaleybuğurd və Avaxıl kənd orta məktəblərində müəllim.
- Bələdiyyə: 2010-cu il seçkilərində üzv; 2015-ci ildə bələdiyyə sədri təyin olunmuşdur.
- Hazırkı iş: 2015-ci ildən Şamaxı rayon 10 saylı tam orta məktəbdə müəllim.

Ağamalıyev Rüfət İlham oğlu
- Təhsil: 2016, Şamaxı şəhər 2 saylı tam orta məktəb.
- Ali təhsil: Odessa Milli Rabitə Akademiyası – “Telekommunikasiya və radiotexnika”.
- İş fəaliyyəti: Şamaxı Telekommunikasiya Qovşağında mühəndis.

Elyazov İslam Əbülfəz oğlu
- Təhsil: 1988–1998, Quşçu kənd orta məktəbi.
- Ali təhsil: 2004–2008, Sumqayıt Dövlət Universiteti – Tarix fakültəsi.
- Əlavə təhsil: 2010–2011, ADİU – Maliyyə və kredit.
- İş fəaliyyəti: 2005–2019 “Avanqard Servis” MMC (direktor); 2019–2022 “İcra Holdinq” MMC (direktor); 2022–2024 “Tərəqqi” STİB (inzibati işlər üzrə koordinator).
- Hazırda: sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Abbasov Ceyhun Arif oğlu
2002–2013-cü illərdə Şamaxı rayon 4 nömrəli orta məktəbdə təhsil almış, 2013–2017-ci illərdə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində ali təhsilini uğurla başa vurmuşdur.
- Hərbi xidmət: 2017–2019-cu illərdə Dövlət Sərhəd Xidmətində kiçik çavuş kimi hərbi xidmət keçmişdir.
- Əmək fəaliyyəti: 2022–2023-cü illərdə “Yanğın.az” MMC-də menecer vəzifəsində çalışmışdır.
- Əmək fəaliyyəti: 2023–2024-cü illərdə SUNFOOD MMC-də qida məhsulları üzrə çeşidləyici vəzifəsində çalışmışdır.
- Hazırkı vəzifə: 2024-cü ildən etibarən İnnovasiya və Təchizat Mərkəzi (PHŞ)-də yüklərin daşınması üzrə ekspeditor vəzifəsində çalışır.

Qumru Ağayeva Əzim qızı
- Bakalavr: 2018–2022, Sumqayıt Dövlət Universiteti – Psixologiya.
- Magistr: 2023–2025, AzMİU – Əqli Mülkiyyətin İdarə Olunması.
- İş fəaliyyəti: 2023-cü ildən A. Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbdə psixoloq.
- Şagirdlərə psixoloji dəstək, fərdi və qrup maarifləndirmə tədbirləri həyata keçirir.

Əliyev Fərid Əzizağa oğlu
- Təhsil: 2012, Şamaxı şəhər Humanitar və Texniki fənlər təmayüllü lisey.
- Ali təhsil: 2016, RF İvanov adına Dövlət Universiteti – “İqtisadiyyat”.
- Hərbi xidmət: 2016–2017, AR Silahlı Qüvvələri.
- İş fəaliyyəti: 2018-dən müxtəlif müəssisələrdə mühasib və inzibati işçi.
- Hazırkı vəzifə: 2023-cü ildən Şamaxı Şəhər Təsərrüfatı MMC – MİS sektor müdiri.

Dola Jalə Keyhan qızı
- Təhsil: 2003, orta təhsil (Şəhriyar qəsəbəsi).
- Ali təhsil: 2003–2007, Azərbaycan Müəllimlər İnstitutu (Şamaxı filialı) – Məktəbəqədər təhsil.
- İş fəaliyyəti: 2013, Şəhriyar qəsəbə 1 saylı uşaq bağçası.
- Hazırkı vəzifə: 2014-cü ildən Şamaxı şəhər 4 saylı uşaq bağçası və körpələr evində müdir.

Razimi Vəsilə Novruz qızı
1981–1991-ci illərdə Ağsu rayonu Pirhəsənli kənd orta məktəbində təhsil almış və XI sinfi bitirmişdir. 1991-ci ildə ADPU Şamaxı filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə qiyabi şöbəsinə daxil olmuş, 1996-cı ildə ali təhsilini başa vurmuşdur.
- İş fəaliyyəti: 2001-ci ildən hal-hazıradək ADPU Şamaxı filialında kitabxana müdiri vəzifəsində çalışır.
- Otuzdan artıq elmi məqalə və tezisin müəllifidir, ictimai işlərdə fəal iştirak edir.