Hacıyev Şıxlar Dadaş oğlu

22 dekabr 1979-cu ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU) qəbul olunmuş, 2001-ci ildə ali təhsilini müvəffəqiyyətlə tamamlamışdır. Sonradan təhsilini davam etdirərək 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunmuş və 2025-ci ildə bu ali məktəbi bitirmişdir.

 

Əmək fəaliyyətinə 2006-cı ildə başlamışdır. Həmin ildən etibarən 2010-cu ilə qədər Şamaxı şəhərində yerləşən avtomobil zavodunda direktor köməkçisi vəzifəsində çalışmışdır. 2012–2017-ci illərdə Qobustan Tingçilik Mərkəzinin direktoru kimi fəaliyyət göstərmiş, kənd təsərrüfatı və yaşıllaşdırma sahəsində idarəçilik təcrübəsi qazanmışdır. 2020–2022-ci illərdə Şamaxı rayon “Yaşıllaşdırma” İdarəsinin direktoru vəzifəsində çalışmış, burada təşkilatçılıq bacarığı və səmərəli idarəetmə keyfiyyətləri ilə fərqlənmişdir. 2023–2025-ci illərdə Şamaxı şəhər “Şəhər təsərrüfatı” İdarəsinin direktoru vəzifəsində işləmişdir.

 

Hazırda Şamaxı Şəhər Bələdiyyəsinin sədri vəzifəsində fəaliyyət göstərir. Yerli özünüidarə sahəsində gördüyü işlər sakinlərin sosial rifahının yüksəldilməsi, kommunal və infrastruktur xidmətlərinin təkmilləşdirilməsi, ekoloji mühitin yaxşılaşdırılması və şəhər təsərrüfatının müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm nəticələr vermişdir.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Ailəlidir, iki övladı var.