Qəsəbə və Kənd bələdiyyələri haqqında

Bayramov Asim Tariyel oğlu
1988-ci ildə Yuxarı Qarabulaq kəndində 1-ci sinfə daxil olmuş, sonradan təhsilini Şamaxı rayonu Mədrəsə qəsəbə tam orta məktəbində davam etdirmişdir.
- Ali təhsil: 1999–2003, Odlar Yurdu Universiteti — “İnformatika və idarəetmənin avtomatlaşdırılması sistemləri”.
- Hərbi xidmət: 2003–2004, müddətli həqiqi hərbi xidmət.
- Əmək fəaliyyəti: 2004–2011, Şamaxı Rayon Şahmat Məktəbi — müəllim.
- Vəzifə: 2011-ci ildən etibarən Şamaxı rayonu Mədrəsə bələdiyyəsinin sədri.
- Əhatə etdiyi ərazi: Mədrəsə qəsəbəsi, Kərkənc, Mirikənd, Qaravəlli və Məlcək kəndləri.

Nəbiyev Emil Balasən oğlu
- Orta təhsil: 2002–2013, Günəşli kənd məktəbi.
- Ali təhsil: 2013–2017, Azərbaycan Dövlət Aqrar Universiteti — “Maşın mühəndisliyi”.
- Hərbi xidmət: 2017–2018.
- Vəzifə: 2019–2024, Günəşli Bələdiyyəsinin sədri; 2025-ci ildən Meysəri kənd Bələdiyyəsinin sədri.
- Əhatə etdiyi ərazi: Meysəri, Muğanlı, Qurdtəpə, Günəşli, Şirvan və Şərədil kəndləri.

Kərimov Çingiz Babacan oğlu
- Orta təhsil: 1971–1981, Göylər kənd orta məktəbi.
- Ali təhsil: 1982–1991, Azərbaycan Texnologiya İnstitutu — mühəndis-texnoloq.
- Hərbi xidmət: 1983–1985.
- Əmək fəaliyyəti: 15.09.1981–23.05.1983 Engels adına sovxoz — fəhlə; 08.07.1985–02.09.1985 Xaqani adına şərab zavodu — laborant; 30.08.1985–28.02.1989 Engels adına üzümçülük sovxozu — heyvandarlıq üzrə mühasib; 28.02.1989–29.12.1994 4 nömrəli üzüm emalı zavodu — sex ustası; 01.11.2000–18.12.2008 Kapital Bank, Şamaxı filialı — nəzarət operatoru.
- Bələdiyyə: 2020-ci ildə Göylər kənd Bələdiyyəsinin üzvü seçilmişdir; 2025-ci ildə yenidən üzv seçilmişdir.
- Əhatə etdiyi ərazi: Çöl Göylər, Yeni kənd, Acıdərə və Dağ Bağırlı kəndləri.

Həsənov Həbib Vəlican oğlu
- Ali təhsil: 1987–1992, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası — zootexnik.
- Əmək fəaliyyəti: 01.03.1990–01.03.1997 Xaqani adına sovxoz — zootexnik; 10.01.2000–15.01.2005 Quşçu Bələdiyyəsi — sədr; 11.05.2006–30.03.2011 Quşçu kənd orta məktəbi — laborant.
- Hazırkı vəzifə: Quşçu Bələdiyyəsinin sədri.
- Əhatə etdiyi ərazi: Quşçu, Laləzar kəndləri, Aşkar qəsəbəsi və Birinci Çaylı kəndi.

Heybətov Baba Əsgər oğlu
- Orta təhsil: 1992–2003, şəhid Babacan Alıyev adına Ovculu kənd tam orta məktəbi.
- Ali təhsil: 2003–2007, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi — “Radiotexnika”.
- Xidmət/Əmək fəaliyyəti: 2007–2008 AR Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi — dinləyici; 2008–2012 988 saylı hərbi hissə (Mingəçevir) — radiolokasiya stansiyasının rəisi; 2012–2016 Heydər Əliyev adına AAT Məktəbi — tağım komandiri, müəllim köməkçisi; 2016–2022 Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi — kursant bölüyünün komandiri; 2022–2024 054 saylı hərbi hissə (Kürdəmir) — Tədris şöbəsi, qiymətləndirmə və təhlil bölməsi rəisinin köməkçisi.
- Hazırkı vəzifə: Şamaxı rayonu Bağırlı bələdiyyəsinin sədri.
- Əhatə etdiyi ərazi: Bağırlı, Ovculu və Hacıqədirli kəndləri.

Daşdəmirov Zəmanət Möhübbət oğlu
- Təhsil: 1986–1996, Məlikçobanlı kənd orta məktəbi; 1996–2000, Azərbaycan Memarlıq və İnşaat Universiteti.
- Əmək fəaliyyəti: 1997–2017-ci illərdə İT sahəsində (kompüter administratoru, tərtibatçı-dizayner, şəbəkə administratoru və s.); 2017–2025 fərdi sahibkar (un məmulatlarının istehsalı və satışı).
- Bələdiyyə: 2025-ci ilin yanvarında keçirilmiş seçkilərdə Çarhan Bələdiyyəsinə üzv seçilmiş, 2025-ci ildən Çarhan kənd Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir.
- Əhatə etdiyi ərazi: Çarhan, Adnalı, Nüydi, Sabirli və Məlikçobanlı kəndləri.

Şirinov Sahib Səhid oğlu
- Ali təhsil: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (məzun: 2024).
- Hərbi xidmət: 04.1999–11.2000.
- Əmək fəaliyyəti: 11.2000–06.2006 fərdi sahibkar; 06.2006–04.2012 Qoşabulaq və Dağlar Qoyunu istirahət mərkəzlərində menecer; 04.2012–09.2015 yenidən fərdi sahibkar.
- Bələdiyyə fəaliyyəti: 09.2015–12.2019 Avaxıl bələdiyyəsində müavin; 12.2019–02.2020 sədr müavin; 02.2020–02.2025 sədr; 02.2025–indiyədək Nağaraxana bələdiyyəsinin sədri.
- Əhatə etdiyi ərazi: Y. Məmmədəliyev adına qəsəbə, Nağaraxana, Avaxıl, Dəmirçi, Zaratxeybəri, Səfalı, Ərçiman, Talışnuru, Əhmədli, Hacılı, Qızmeydan, Pirbəhli və Yeni Qızmeydan.

Dəmirov Elşən Sədyar oğlu
- Ali təhsil: 1996, Sankt-Peterburq Hüquq İnstitutu — hüquqşünas.
- Əmək fəaliyyəti: 1986–1990 Lenin adına sovxoz — mağaza müfəttişi; 1988–1990 Sabir sovxozu və tikinti müəssisəsi — fəhlə.
- Bələdiyyə fəaliyyəti: 2009–2014 Sabir qəsəbə bələdiyyəsinin sədri; 2014–2015 bələdiyyə üzvü; 2015–2019 sədr vəzifəsini icra edib; 2019–2020 bələdiyyə üzvü; hazırda Sabir qəsəbə bələdiyyəsinin sədridir.
- Əhatə etdiyi ərazi: Sabir qəsəbəsi, Çıraqlı, Mərzəndiyə, İkinci Cabanı, Cabanı, Həmyəli, İkinci Çaylı və Qonaqkənd.